Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
Su layihələri

Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının göstərişləri və rəhbərliyi altında ölkəmizdə aparılan iri miqyaslı tikinti işlərinin bir hissəsini regionların su və kanalizasiya sistemlərinin yenidənqurulması təşkil edir. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Oğuz,  Zaqatala, Tovuz, Ağstafa, Göygöl və Goranboy şəhərinin  su  və kanalizasiya sistemlərinin yenidənqurulmasi layihələri həyata keçirilmişdir. Bunlardan əlavə olaraq, Gəncə şəhərinin, Sаmuх rаyоnu (Nəbiаğаlı qəsəbəsi) və digər yаşаyış məntəqələrinin içməli su təchizаtının Şəmkir çаyı üzərində tikilən su аnbаrındаn təmin еdilməsi üçün mаgistrаl su bоru kəməri tikilmişdir.

Su və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsi çərçivəsində adları qeyd edilən şəhərlərdə tikinti işlərininin icrası  Nazirlər Kabinetinin 30 iyul  2010-cu il tarixli 141s saylı Sərəncamına əsasən Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyə həvalə edilmişdir. Sərəncamın  icrasına 2010-cu ilin  avqust ayında başlanmış və icrası 3 mərhələdə aparılmışdır:

1-ci mərhələdə-içməli su mənbəyi, maqistral xəttlər, su anbarları və struktur obyektlərin tikintisi;

2-ci mərhələdə-rayon mərkəzlərinin su və kanalizasiya şəbəkələrinin yaradılması;

3-cü mərhələdə  isə kanalizasiya şəbəkəsində formalaşan çirkab su təmizləyici qurğular kompleksinin tikintisidir.

Mühəndis-axtarış işlərinin nəticəsinə əsasən layihələndirmə prosesində dəqiqləşdirilmələr aparılmış və işçi layihələr “Dövlətbaşekspertiza”dan müsbət rəy alınaraq təsdiq olunmuşdur. Layihələr əhalinin 2031-ci ilə olan artım proqnozunu nəzərə alaraq işlənmişdir. Hazırda Goranboy, Göygöl, Oğuz,  Zaqatala, Ağstafa və Tovuz şəhərlərin əhalisi keyfiyyətli və fasiləsiz su ilə təmin edilir. İçməli suyun orqanoleptik, fiziki-kimyəvi və mikrobioloji parametrləri Beynəlxalq Səhiyyə Təşkilatı standartlarına cavab verir. Hər bir abonent üçün xüsusi konstruksiyası olan yeraltı qutularda içməli su giriş xətlərində "smart-kаrt" tipli sayqaclar quraşdırılmışdır. Rayon mərkəzlərində yerli “Sukanal” İdarəsi üçün İnzibati bina və İstehsalat Bazası tikilmişdir.

Dövlət Başcısı cənab İlham Əliyev hər alti rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələrinin açılış mərasimlərində şəxsən iştirak etmiş və görülən işləri müsbət qiymətləndirmişdir.

Ağstafa

Goranboy

Göygöl

Oğuz

Tovuz

Zaqatala

- yuxarı - avvələ -

Faydalı keçidlər