Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
EXAP-Azərbaycana Fövqəladə Yardım Proqramı

4 №-li şəhər klinikası xəstəxanasının bərpası

Mаmаlıq və Ginеkоlоgiyа Institutunun rеkоnstruksiyаsı

Tоpçubаşоv аd. Klinik Təbаbət Еlmi Tədqiqаt Institutunun əsаslı təmiri və yеnidənqurulmаsı

Akadеmik M.Ə. Mirqasımоv adına Rеspublika Хəstəхanasında yеnidənqurma və təmir işləri

Bаkı şəhəri Səbаyıl rаyоnu 11№-li uşаq vərəm хəstəхаnаsının və Zаbrаt qəsəbəsində 22№-li uşаq хəstəхаnаsının bərpаsı

Еlmi-Tədqiqаt Trаvmаtоlоgiyа və Оrtоpеdiyа Institutunun Bərpаsı

Еlmi-Tədqiqаt Pеdiаtriyа Institutunun əsаslı təmiri

 АIDS mərkəzinin bərpаsı

 

AZƏRBAYCANA FÖVQƏLADƏ YARDIM PROQRAMI

Azərbaycana Fövqəladə Yardım Proqramının (EXAP) məqsədi hərbi münaqişədən çıxmış Azərbaycanın iqtisadi və sosial çətinliklərə üstün gəlməsinə və ölkənin sülh şəraitində yaşaması üçün imkanlarını təkmilləşdirməsinə dəstək olmaqdan ibarət olmuşdur. EXAP Proqramı Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş və Azərbaycana çətin anlarında dəstək olmuş aparıcı proqramlardan biri olmuşdur.

Sovet İttifaqı dağıldıqdan sonra və Dağlıq Qarabağ münaqişəsinin ardınca 1990-cı ilin sonlarında Azərbaycanda mühüm iqtisadi islahatlar həyata keçirilmişdir. Buna baxmayaraq, ölkədəki sosial vəziyyət çətin olaraq qalırdı. Hökumətin xərci və sosial məqsədlər üçün nəzərdə tutulmuş büdcə vəsaiti məhdudlaşdırılmışdır.        

Çətinliklərlə yanaşı, iqtisadi inkişafa doğru irəliləyən zaman, Azərbaycan Hökuməti əlavə yardım ayırması məqsədilə Avropa Komissiyasına müraciət etmişdir.

Beləliklə, EXAP Proqramı Avropa Birliyi Komissiyasının Azərbaycan Hökumətinə göstərdiyi ilk yardım olmuşdur. Bu yardım 30 milyon AVRO məbləğində ayrılmışdır. Qeyd olunan vəsait Azərbaycan Hökumətinə hər biri 10 milyon AVRO məbləğində olmaqla, 3 tranş şəklində 1998, 1999 və 2000-ci illərdə verilmişdir.

Proqramın əsas məqsədi bir sıra kapital investisiya layihələrini maliyyələşdirməklə, Azərbaycanda iqtisadi inkişafı gücləndirməkdən ibarət olmuşdur. Bu cür layihələr Azərbaycan Hökuməti və Avropa Komissiyasının birgə razılığı ilə seçilmişdir.

Proqram ilk növbədə ölkənin prioritet sahələrinə yönləndirilmiş və mərkəzləşdirilmiş proqram idarəetmə sistemi vasitəsilə həyata keçirilmişdir.

Əksər təşkilatlar inkişafetdirici işlər üçün yalnız bir sektoru hədəf seçdikləri halda, EXAP, layihələrin seçilməsinə tətbiq edilmiş sahələrarası yanaşmaya əsaslanmışdır.

EXAP Proqramı, başlıca məqsədi yalnız bir neçə ildən sonra tam reallaşdırıla biləcək bir prosesin başlanğıcı olmuşdur.

Faydalı keçidlər