Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
OĞUZ rayonu

       Podratçı təşkilatlar:

“Ay konsaltinq Ltd” MMC və ART Environmental Technologies Ltd;

"Alıbəyli" MMC. 

      Mühəndis-axtarış işlərinin  işçi layihələndirmə səviyyəsində dəqiqləşdirilməsi və işçi layihələrin işlənməsi “Dövlətbaşekspertiza”dan müsbət rəy alınaraq təsdiq olunmuşdur. Layihə əhalinin 2031-ci ilə olan artım proqnozunu nəzərə alaraq işlənmişdir. Oğuz şəhərində işlərə 2010-cu ilin dekabr ayında start verilmişdir.

       Oğuz rayonunda təsdiq olunmuş layihəyə görə su təchizatı sisteminin yenidən qurulması layihəsi Oğuz şəhərini, Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edir.

       Layihənin tələblərinə əsasən 2031-ci ilə olan artım proqnozunu nəzərə almaqla 9000 nəf. Oğuz şəhər əhalisi 22,50 lt/s və 10739 nəf. kənd əhalisi 17,15 lt/s, o cümlədən, Bayan kəndi -3,70 lt/s, Kərimli kəndi -6,80 lt/s, Qumlaq kəndi-2,79 lt/s, Şirvanlı kəndi – 1,89 lt/s, Tayıflı kəndi -1,42 lt/s və  Xalxalqışlaq kəndi -0,55 lt/s  (cəmi kəndlərlə birgə 39,65 lt/s) su ilə fasiləsiz tam təmin edilir. Laboratoriya araşdırmaları içməli suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq etmişdir.

       Oğuz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri 3 mərhələdə aparılmışdır:

       I mərhələdə içməli su mənbəyi, magistral boru xətti, su anbarları, xlor vurma təsərrüfatı, laboratoriya və digər struktur obyektlərin tikintisi başa çatdirilmışdır.  Оğuz şəhərinin səmərəli və sаbit su mənbəyi оlаrаq Sаzur bulаğı, Аlmаlıq 1 və Аlmаlıq 2 bulаqlаrı ərаzisinin yаtаqаltı sulаrı hеsаb еdilir. Diаmеtri 400 mm оlаn dеşikli triplех bоrulаrdаn 250 m uzunluğundа drеnаj tikilmişdir. Suyığıcı drеnаj bоrusu üstündə müхtəlif frаksiyаlı 4 lаydаn ibаrət əks süzgəc düzəldilmişdir. Mаgistrаl su kəməri D=315 mm  20 аtm pоliеtilеn bоrulаrdаn   çəkilmişdir. Kəmərinin uzunluğu 2310 m-dir və yеrаltı хəndəkdə qurаşdırılmışdır. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, suya xlor vurma və laboratoriya binaları tikilmiş, 2 ədəd həcmi 1000 m3  su anbarı tikilmişdir.

II mərhələdə şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, Yerli “Sukanal” İdarəsi üçün İnzibati bina və İstehsalat Bazası tikilmişdir.

Bu mərhələdə Оğuz şəhərində içməli su şəbəkəsində müxtəlif diametrli (PE100, PN10 D=40-315 mm) 104.695  km uzunluqda, o cümlədən, şəhərdaxili su xətlərində 57.747 km, abonent qoşulmalarında isə 46.948 km boru xətti çəkilmiş, şəbəkədə 2 ədəd su buraxıcılar, 478 ədəd siyirtmələr,  51 yerüstü və 141 yeraltı yanğın hidrantları quraşdırılmışdır. Şəhərdə bütün abonentlər 4010 ədəd su sayqacları ilə təmin оlunmuşdur. Içməli su şəbəkəsində аvtоmаtlаşdırılmış nəzаrət юlçü idаrəеtmə sistеmi qurаşdırılmışdır. Şəhərdахili  kаnаlizаsiyа şəbəkəsində qofra tipli (D=150-400 mm) borulardan 95.190  km uzunluqda, o cümlədən, şəhər maqistral kanalizasiya xətlərində 54.659 km uzunluğunda, kanalizasiya kоllеktоr xəttində 8.354 km boru xətləri və 1397 quyu, abonent qoşulmalarında isə 32.177 km uzunluğunda kanalizasiya boru xətləri çəkilmiş və 2195 abonent quyusu quraşdırılmışdır.

III mərhələdə çirkab su təmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri yerinə yetirilmişdir. Pik məhsuldarlığı 3600 m³/gün olan çirkab su təmizləmə stansiyasına əlavə yaşayış məntəqələrinin də qoşulması mümkün olacaqdır. Suyun təmizlənmə texnologiyası beynəlxalq normativlərə uyğun olaraq dünyada qəbul olunmuş azot, fosfor və karbondan tam biokimyəvi təmizləmə üsulu qəbul edilmişdir. Təmizlənmiş sular son mərhələdə ultrabənövşəyi şualandırma ilə zərərsizləşdirilir. Əmələ gələn lil isə mexaniki üsulla susuzlaşdırılaraq əhənglə emal edilərək stabilləşdirilir və sahədən kənarlaşdırılır.

Faydalı keçidlər