Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
Horadiz qəsəbəsi

Füzuli rayonunun Horadiz qəsəbəsində Bərpa Proqramı üzrə aparılmış işlər haqqında MƏLUMAT:

Dünya Bankının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycana 1996-cı ildə birgə missiyasından sonra işğaldan zərər çəkmiş ərazilərdə sülh danışıqları ilə parallel olaraq bərpa işlərinin başlanması üzrə təkliflər əldə edilmişdir. Missiyanın təkliflərinə əsasən Azərbaycan Respublikası Prezidentinin əmri ilə Bərpa və Yenidənqurma üzrə Dövlət Komissiyası və onun icra orqanı kimi Ərazilərin Bərpası və Yenidənqarması üzrə Agentlik yaradılmışlar. Agentliyin məqsədi Pilot Bərpa Proqramı çərçivəsində təmir, bərpa-yenidənqurma işlərinin aparılması, zərər çəkmiş ərazilərdə reabilitasiya tədbirlərinin keçirilməsi, müxtəlif beynəlxalq humanitar yardım təşkilatlarınn koordinasiyası, maliyyə-iqtisadi institutlarının və donor ölkələrin həmin prosesə cəlb edilməsi işlərindən ibarətdir.

Həmin Proqram çərçivəsində bərpa işlərinin həyata keçirilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatmın İnkişaf Proqramı tərəfindən ölkəyə 500 min ABŞ dolları məbləğində qrant təqdim edilmişdir. Güclü dağıntılara məruz qalan Füzuli rayonunun Horadiz qəsəbəsi humanitar təşkilatları ilə məsləhətlər əsasında Pilot Layihəsi kimi seçilmişdir.

Horadiz qəsəbəsi Azərbaycanın cənub-qərb hissəsində yerləşir. Müharibədən əvvəl sosial və texniki cəhətdən inkişaf olunmuş yaşayış məntəqəsi sayılırdı. Qəsəbədə pambıq zavodu, əhəmiyyətli olan dəmir yolu stansiyası, aqrar-sənaye kompleksi, məktəb, tibb müəssisələri və sair obyektlər fəaliyyət göstərmişdir. Erməni işğalçılar tərəfindən qəsəbənin infrastrukturu və yaşayış binaları tamamilə dağılmış və 7000-dən çox əhali qəsəbəni tərk etmişdir.

1996-2005-ci illərə qədər bu sahədə aşağıda göstərilmiş bərpa-yenidənqurma işləri aparılmışdır:

 

 

Bərpa edilmiş və yenidən qurulmuş obyektlərin adı

Obyektlərin sayı, ədəd/gücü

Obyektlərin bərpa edildiyi il

Maliyyə mənbəyi

1

Fərdi yaşayış evləri

30 əd/1465 m2 yaşayış sahəsi

1996-1996

UNDP

2

Ambulatoriya-doğum evi

1 əd/25 çarpayı

1996-1997

UNDP

3

Çörəkxana

1 əd/10 tn/sutka

1996-1997

UNDP

4

Yaşayış evləri

202 əd/9100 m2 yaşayış sahəsi

1996-1997

UNDP

5

Aqrobankın binası

1 əd/216 m2

1998-1998

UNDP

6

Məktəb binası və avadanlıq

1 əd/640 şagird yeri

1997-1998

UNDP

7

Xəstəxana və avadanlıq

1 əd/100 çarpayı

1997-1998

UNDP -317,7 WB-40,0

8

Uşaq bağçası

1 əd/140 yer

1997-1998

UNDP

9

Qazanxana

1 əd/1,2 qkal/saat

1997-1998

UNDP

10

Transformator yarımstansiyası

1 əd/500 kva

1997-1998

UNDP

11

Qəsəbə Sovetinin binası və avadanlıq

1 əd/520 m2

1997-1997

UNDP

12

Kanalizasiya sistemi

5,1 km

1997-1998

UNDP

13

Aptek və avadanlıq

1 əd/54 m2

1997-1998

UNDP

14

Polis idarəsi

1 əd/216 m2

1997-1997

UNDP

15

Rabitə evi və mebel

1 əd/144 m2

1997-1998

UNDP

16

Hamam və avadanlıq

1 əd/50 nəfər saatda

1997-1998

UNDP

17

Dəmir yolu avadanlığı

komplekt

1997-1998

EU-R-I

18

Fərdi yaşayış evləri

17ev/524 m2 yaşayış sahəsi

1999-1999

Budçə- 232,3 EU-R-I-63,0

19

Tibb müəssisələri və avadanlıq

9 əd./40 çarpayı

1999-2000

WB

20

Mina Agentliyinin düşərgəsi və avadanlıq

2 / obyekt və avadanlıq

2000-2001

WB

21

İçməli su sistemi

1əd./nasos stansiyası

8350 m/su xətti

1əd./subartez.quyusu

15 əd./su bulağı

1999-2000

EU- EXAP-I

22

Fərdi yaşayış evləri

350əd /10500 yaşayış sahəsi

1999-2001

EU- EXAP-I

23

Küçələrin abadlıq işləri

1,2 km/küçə

1999-2000

UNDP

24

Kommunal yaşayış evləri

2əd/16 mənzil

1999-2001

Büdcə

25

Repatriantlara malqaranın paylanması

771 baş/hər ailəyə bir baş boğaz inək

2000-2005

WB

26

Repatriantlara kreditlərin paylanması

900 ailə

1999-davam edir

UNDP

27

Fərdi yaşayış evləri

230 ev

2002-2003

EU-R-IV

28

Kommunal evlər

150 mənzil

2002-2003

EU-R-IV

29

Qəsəbə klubu və avadanlıq

300 yer

2002-2003

EU-R-IV

30

Daxili yollar və park

5,4 km

2002-2003

EU-R-IV

31

Bazar və avadanlıq

200 yer

2002-2003

EU-R-IV

32

Məktəb və avadanlıq

480 yer

2002-2002

EU-R-IV

33

Aqroservisin yaradılması

Maşın, mexanizmlər, baza, xidmətlər

2002-2003

EU-R-IV

34

Yaşayış evləri

493 ev üçün tikinti materiallarının paylanması

2003-2005

EU-R-V

35

Fərdi yaşayış evləri

80 ədəd fərdi yaşayış evin bərpası

2009-2011

Büdcə

Faydalı keçidlər