Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
SİF-un məktəbləri

Səudiyyə İnkişaf Fondunun krediti və Azərbaycan Hökumətinin vəsaiti hesabma Bakı şəhərində 5 məktəbin tikintisi barədə

M Ə L U M A T

Məktəblərin tikintisi Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu arasında «Bakı şəhərində 5 ədəd orta məktəbin tikintisi üzrə 19.08.2003-cü il tarixində imzalanmış AZ- 1/404 saylı Borc Sazişinə əsasən aparılmışdır.

Layihənin həyata keçirilməsi Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentliyə tapşırılmışdır.

Bununla əlaqədar, layihəni idarə etmək məqsədilə Səudiyyə İnkişaf Fondunun şərtlərinə əsasən Agentlik 2004-cü ildə tender keçirmiş və nəticədə, Misir-Azərbaycan «Beeah-AYCO» konsorsiumu qalib elan edilmişdir. Sonrakı mərhələdə 5 məktəbin tikintisi üzrə beynəlxalq tender keçirilmiş və tenderin qalibləri olan aşağıdakı təşkilatlarla muqavilələr imzalanmışdır:

  1. «Azəraqrartikinti» SC-ti ilə 03.10.2005-ci il tarixli «Bakı şəhəri Nəsimi rayonunda 844 şagird yerlik 152 No-li məktəbin genişləndirilməsi;
  2. «Alıbəyli Şirkəti» MMC-ti ilə 03.10.2005-ci il tarixli «Bakı şəhəri Xətai rayonunda 1296 şagird yerlik 59 No-li məktəbin genişləndirilməsi;
  3. «Azəraqrartikinti» SC-ti ilə 31.10.2005-ci il tarixli «Bakı şəhəri Binəqədi rayonunda 1144 şagird yerlik 182 No-li məktəbin genişləndirilməsi;
  4. «Azərkəndtikinti» SC-ti ilə 03.10.2005-ci il tarixli «Bakı şəhəri Yasamal rayonunda 1296 şagird yerlik yeni məktəbin tikintisi;
  5. «Azərsənayetikinti» SC-ti ilə 03.10.2005-ci il tarixli «Bakı şəhəri Suraxanı rayonunda 1296 şagird yerlik yeni məktəbin tikintisi.

Layihənin ümumi məbləği 13,939,286 ABŞ dolları təşkil edir.

Azərbaycan Respublikası ilə Səudiyyə İnkişaf Fondu arasında imzalanmış AZ-1/404 saylı Borc Sazişinə əsasən Bakı şəhərində Səudiyyə İnkişaf Fondunun (SİF) krediti və Azərbaycan Hökumətinin vəasiti hesabına yeni tikilən və rekonstruksiya edilən 5 orta məktəbin layihəsi işlənərkən müasir təhsil islahatı konsepsiyasının tələbləri nəzərə alınmışdır.

Belə ki, ibtidai və yuxarı sinif şagirdlərinin tədris otaqları ayrı-ayrı korpuslarda yerləşdirilmişdir. Məktəblərdə sinif otaqları, fənn kabinetləri və emalatxanalardan başqa, psixoloq və diş həkimi otaqları, kompüter zalları, müxtəlif dərnək otaqları, üzgüçülük hovuzu, idman avadanlıqları ilə təchiz edilmiş idman zalı, 300 yerlik yeməkxana və 260 yerlik akt zalı, ictimai otaq və kitabxana, ibtidai sinif şagirdləri üçün istirahət otaqları, uzadılmış gün qrupları üçün otaqlar, rəqs studiyası və nəğmə otağı nəzərdə tutulmuşdur.

Vestibüllərdə böyük və kiçik yaşlı uşaqlar üçün qarderoblar, yarızirzəmi hissələrdə tir, hərbi hazırlıq otaqları və texniki məqsədlər üçün otaqlar quraşdırılmışdır.

Məktəb binalarında istilik təchizatı şəxsi qazanxanalardan təmin edilir. Hovuzda, duşxanada və soyunub-geyinmə otaqlarında döşəməaltı isitmə sistemi quraşdırılmışdır.

Məktəb binaları ventilyasiya sistemləri ilə təchiz edilmişdir. Binalarda mexaniki və təbii vurma-sorma ventilyasiyası quraşdırılmışdır.

Məktəblərin ərazilərində müasir avadanlıqlarla təchiz edilmiş qazanxana, transormator yarımstansiyası və nasosxana binaları, içməli və yanğın üçün su rezervuarları, su süzgəci, təsərrüfat meydançası, idman meydançaları, istirahət guşələri və toplanış meydançaları tikilmişdir.

Məktəb ərazisindən qrunt sularını kənar etmək üçün dairəvi drenaj sistemi quraşdırılmışdır.

Məktəblərin bütün ərazisi hasarlanmış, həyətyanı sahə abadlaşdırılmış və yaşıllıqlar salınmışdır. Yol, səki və meydançalar beton tavalar və asfalt-betonla üzlənmiş, girişdə metal darvaza və gözətçi binaları quraşdırılmışdır.

Bütün siniflər, kabinetlər, laboratoriyalar, emalatxanalar, yeməkxana və mətbəx müasir avadanlıqlarla təchiz edilmişdir.

Böyük məsafədən elektrik, qaz, su və kanalizasiya xətləri çəkilmişdir.

Bütün işlər 2005-ci ilin dekabr ayında başlanmış və 2007-ci ilin sonunda başa çatdırılaraq təhvil verilmişdir.

 

         

 

Faydalı keçidlər