Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
Hökumət evi

Büdcə vəsaiti hesabına Bakı şəhərində “Hökümət Evi” binasının əsaslı təmir işlərinin aparılması Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə tapşırılmışdır.

Qeyd etmək lazımdır ki, bina 1950-ci illərdə tikilib istifadəyə verilmiş və uzun istismar müddətində mükəmməl təmir işləri aparılmamışdır. Bundan əlavə, istismar müddətində binada işləyən işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə ayrı-ayrılıqda fərdi olaraq kondisionerləşdirmə, hava dəyişmə, müəyyən rabitə, səs və informasiya avadanlıqlarının quraşdırılması işləri aparılmışdır və bu da öz növbəsində, binanın xarici və daxili görkəmini nаlayiq şəkilə salaraq, texniki cəhətdən də təhlükə yaratmışdır.

Təmir və yenidənqurma işlərinin aparılması üçün layihə-smeta sənədləri hazırlanmış və binada işləyən nazirliklər və təşkilatların iş şəraiti imkanlarından asılı olaraq, təmir və yenidənqurma işləri 5 il ərzində bir neçə mərhələ ilə yerinə yetirilmişdir.

Hər mərhələ üzrə podratçının seçilməsi tender keçirməklə müəyyən edilmişdir.

Birinci növbədə, bütün mərtəbələrdə sanitar qovşaqlarının, kanalizasiya və su xətlərinin yenidənqurma işləri “Azərkəndtikinti” SC tərəfindən aparılmışdır.

Sonrakı mərhələdə binanın hər tərəfindən daş hörgünün xarici səthinin (fasadının) təmizlənməsi, bütün pəncərələrin dəyişdirilməsi, damın yeniləşdirilməsi və binanın ətrafındakı sahədə abadılaşdırma işləri podratçı təşkilat “Azəraqrartikinti” SC tərəfindən aparılmışdır. Nəticədə, 28000 m2 fasad təmizlənmiş, 4000 m2 pəncərə dəyişdirilmiş, 2700 m2 dam örtüyü dəyişdirilmiş, ətraf sahədə 7500 m2 ərazi abadılaşdırılmış, yararsız yaşıllıq kolları və ağaclar səliqə-səhmana salınmışdır.

Növbəti mərhələdə podratçı “Azkond” Şirkəti tərəfindən fərdi kondisionerlər çıxarılaraq, bütün bina üçün mərkəzləşdirilmiş kondisionerləşdirmə sistemi yaradılmışdır. Bunun üçün binanın xarici eyvanlarında və damında 19 yerdə, ümumiyyətlə 140 ədəd güclü mərkəzləşmiş kondisioner qurğuları quraşdırılmışdır və binanın hər bir otağı müasir texnologiya üzrə soyudulmuş hava ilə təmin edilmişdir.

“Hökümət Evi” binasının elektrik enerjisinə olan tələbatının artmasını və mövcud 3 elektrik  yarımstansiyasıyası avadanlıqlarının bəsləyici yüksək və aşağı gərginlikli kabel xətlərinin köhnəlməsini nəzərə alaraq, ayrı mərhələ üzrə bütün elektrik xətləri və avadanlıqları yenisi ilə əvəz edilmişdir. Bu mərhələ çərçivəsində, “Azadlıq” meydançasının işıqlandırılması üçün 8 ədəd metal qüllə və 96 ədəd işıqlandırıcı quraşdırılmışdır.

Ümumi sahəsi 23100 m2 olan binanın 11 mərtəbəsində və zirzəmisində 1650 m2 qapının, parket döşəmələrinin dəyişdirilməsi, 10000 m2 mərmər döşəmənin quraşdırılması, istilik sistemi və elektrik işıqlandırıcılarının dəyişdirilməsi ilə birlikdə yüksək keyfiyyətli tamamlama-təmir işləri aparılmışdır.

Faydalı keçidlər