Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
Tarix muzeyi

Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyinin   yenidənqurulması  və   restavrasiyası haqqında

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Tarıxı Muzeymın yenidənqurma və restаvrаsiyа işləri 2005-2008-ci illərdə аpаrılmışdır. Muzеy  binasının yenidənqurma və restavrasiya üzrə işlərinin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyə tapşırılmışdır.

İşlər həyata keçirilən zaman həm «Azərdövlətlayihə» (konstruksiyalarm gücləndirilməsi) və «Azərbərpa» (bərpa və restavrasiya işləri) təşkilatları tərəfındən layihələrin hazırlanması işlərinə, həm də xarici təşkilat və mütəxəssislərin (Rusiyanın «Dövlət Tarixi Muzeylərinin Respublika Muzey Mərkəzi» QSC, «Eleca S.p.a.» fırması) cəlb etməklə onların çatışmayan komponentlərinin əlavə işlənilməsi və həmçinin tikinti, mühəndisi və restavrasiya işləri, avadanlıq və materialların alınması, mebellərin restavrasiyası, interyer və ekspozisiyaların bədii tərtibatı kompleks işləri üzrə ümumi rəhbərlik Bərpa Agentliyi tərəfindən yerinə yetirilmişdir.

İşlərin təşkilinin əsas prinsipi - şəffaf və obyektiv keçirilən tenderlər əsasında podratçı təşkilatlarının ciddi seçilməsi olmuşdur. Bu halda nəyinki iqtisadi göstəricilər, birinci növbədə oxşar işlər üzrə təcrübə, ixtisas səviyyəsi və görülmüş işlərin keyfıyyəti nəzərə alınmışdır. Bu işlər, bütün növ tenderlər üzrə geniş marketinqin aparılmasını, həm respublikanın ərazisində və həmdə xarici ölkələrdə (Türkiyə, İtaliya) müəssisələr və oxşar obyektlərlə tanışlıq tələb etmişdir.

Restavrasiya işlərinin aparılması zamanı bədii həllərin bir neçə variantı olduğu hallarda, Bərpa Agentliyi, bir qayda olaraq bilavasitə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin iştirakı ilə ekspertlərin müşavirələrinin keçirilməsini təşkil edirdi. Eyni zamanda, Bərpa Agentliyi, işləyən İtalyan restavratorları və Azərbaycan Arxitektura və Tikinti Universiteti arasında sıx əlaqənin yaradılmasmın təşəbbüskarı olmuşdur. Bu da öz növbəsində tələbə və müəllimlərin beynəlxalq səviyyədə aparılan restavrasiya işlərində tətbiq olunan metodika, texniki vasitələr və praktiki üsullarla tanış olmasına köməklik etmişdir.

Tarıxı Muzeyındə bərpa, yenıdənqurma və restavrasıya ışlərı aşağıda göstərilən kimi aparılmışdır:

 Sifarişçi - Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması yzrə Agentlik;

Podratçılar - «Azəraqrartikinti» Açıq tipli Səhmdar Cəmiyyəti, «ELECA S.p.a.»

Fırması,  «Dayaq» Kiçik Müəssisəsi.

Obyektin layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutu, «Azərbərpa» Layihə İnstitutu və «ELECA S.p.a.» fırması tərəfindən işlənilmiş və «Dövlətbaşekspertiza» İdarəsinin Rəyləri əsasında təsdiq edilmişdir.

 Ölkə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Tarixi Muzeyinin yenidənqurma və restavrasiya işləri 10 lota bölünmüşdür  və аşаhıdа эöstərilmiş nəticələr  əldə еdilmişdir.

 «Azəraqrartikinti»  АSC tərəfindən:

Lot 1. Xarici kommunikasiya sistemlərinin yenidənqurulması. Sahədaxili 150 m uzunluğunda su kəmərinin çəkilməsi, 14 m3/saat yanhın  nasosunun quraşdırılması, sahədaxili 100 m uzunluğunda kürəbənd sisteminin bərpası, mövcud elektrik məntəqəsində 630 kva gücündə köhnə transformatorun 1000 kva gücündə yeni transformatorla əvəz edilməsi və 0,4 kv-luq 1060 m uzunluğunda yeni kabel xəttinin quraşdırılması, sahədaxili orta təzyiqli yeraltı qaz kəmərinin bərpası, xarici rabitə sisteminin bərpası, generator otağının yenidənqurulması və 160 kw gücündə dizel- generatorun alınıb quraşdırılması, bərbad hala düşmüş mövcud qazanxananın müasir avadanlıqlarla tam yenidənqurulması, həyətdə və muzeyin ətrafında abadlıq işlərinin, ağacların əkilməsi və sair işlər aparılmışdır.

Lot 2. Gücləndirmə, təbii ventilyasiya və drenaj işləri, fasadların və damın bərpa işləri. Damın çardaq örtüyü və bütün elementləri bərpa olunub və 3635 m2 olan dam yeni kirəmit formalı metal lövhələrlə örtülürmüşdür, zirzəmidə gücləndirmə işləri aparılıb, zirzəmi bərpa olunaraq orada lay drenaj sistemi yaradılmışdır və 8 m3/saat gücündə drenaj nasosu quraşdırılmışdır, 2630 m2 sahəsində fasadlar və xarici divarlar qumlu-sulu məhlulla təmizlənmişdir, fasadın bütün arxitektura elementləri (karniz, balkon, məhəccər, şüşəbənd, kronşteyn və eyvanlar), I mərtəbənin döşəmələri və binada təbii ventilyasiya sistemi restavrasiya olunmuşdur.

Lot 3. Xüsusi təmir və restavrasiya işləri.

Muzey binasının I, II, və III mərtəbələrində gücləndirmə işləri aparılıb, daxili istilik, kondisionerləşdirmə, su təchizatı, kürəbənd, elektrik işıqlanması, rabitə şəbəkələri, nitqlərin sinxron tərcümə sistemi, yanğınsöndürmə sistemi, yanğın mühafızə siqnalizasiya sistemi, telemüşahidə sistemləri qurulmuşdur, I, II, və III mərtəbələrdə tavanlarm, divar və arakəsmələrin, döşəmələrin, qapı və pəncərələrin yenilənmə və yüksək kateqoriyalı restavrasiya işləri aparılmışdır. 1064 m2 bərk ağacdan olan antikvar qapılar və 884 m2 pəncərə, 24 ədəd «Split» tipli kondisioner, 197 ədəd antikvar tipli istilik çuqun radiator, 172 ədəd müasir tipli işıqlandırıcı quraşdırılmışdır.

Lot 6. Çatışmayan çıl-çıraqların təchizatı və quraşdırılması. Muzeydə çatışmayan 208 ədəd çoxşamlı antikvar əl işi olan, muzeyin dizaynına münasib və XIX əsrə uyğun yüksək bədii formada çıl-çıraqlarm təchizatı və quraşdırılması həyаtа kеçirilmişdir.

Lot 10. Əlavə təmir və restavrasiya işləri. Hava qurudanların  elektrik  avadanlıqları, su nasoslarının nəzarət ölçü cihazları, avtomatlaşdınnanm cihaz və vəsaitləri, fasadın işıqlandırılması üçün əlavə olaraq 41 ədəd projektor və 76 ədəd kronşteyndə asılan işıqlandırıcılar və bütün müvafıq kabellər, daxili istilik sistemi üçün 144 ədəd asma panel radiatorlar, zirzəmidə 19 ədəd pəncərə ventilyatoru quraşdırılıb, sirkulyar səsgücləndirici şəbəkəsi qurulub, proyektor sistemi quraşdırılıb, yanğın mühafızə siqnalizasiyası və telemüşahidə sistemləri yaradılıb, 3 dayanacaqlı, yük götürmə qabiliyyəti 800 kq olan lift, «Split» tipli 14 ədəd kondisionerlər quraşdırılıb, əlavə olaraq 4096 m2 sahədə fasad təmizlənib, dam örtüyü və təbii ventilyasiya sistemi əlavə olaraq bərpa olunub, binanın I və II mərtəbələrində əlavə pəncərə, qapı, tavan, divar və şüşəbəndlər restavrasiya olunub, muzeyin həyətində üzləmə işləri aparılmışdır. Ümumiyyətlə bu Müqavilə ilə nəzərə alınmayan və iş prosesində sonradan ortaya çıxan və layihənin daha da yaxşılaşdırılmasına istiqamətlənmiş əlavə işlər yerinə yetirilmişdir.

«ELECA S.p.a.» firması tərəfındən:

Lot 4. II mərtəbədə yüksək kateqoriyalı restavrasiya işləri. Həmin mərtəbədə yerləşən H.Z.Tağıyevin ev-muzeyinin otaqlarında bədii mürəkkəb formalı bütün növ döşəmə, tavan, divar, qapı və pəncərələr, eyvanlarda məhəccər, sütun, şüşəbənd və karnizlərin yenilənmə və yüksək kateqoriyalı restavrasiyası edilmişdir. Bundan başqa, 8 otaqdan ibarət olan ev-muzeyinin 198 ədəd əşya və mebelləri restavrasiya olunmuşdur. Cəmi: 829,3 m2 parket döşəmə, 320 m2 metlax və mərmər döşəmə, 438 m2 qapı, 342 m2 pəncərə yüksək kateqoriyalı restavrasiya olunmuş, 1135 m2 tavanlarda yapma və güzgülü - yapma işləri, 3300 m2 divarlarda yapma və restavrasiya işləri aparılmışdır.

Lot 5. Ekspozisiyanın (sərginin) yaradılması və xüsusi avadanlıqların təchizatı işləri.

Ekspozisiya avadanlıqlarının yerləşdirilməsi üçün dairəvi, yarım-dairəvi, künc tipli, şaquli və başqa tipli, cəmi 105 ədəd vitrinlər, müxtəlif stendlər, haşiyyələr, 60 ədəd manekenlər, kompozisiyalar və başqa xüsusi əşyaların, elektrotexnik avadanlıqların, audio-video texnikanın və kompyuter cihazların təchizatı və quraşdınlması, ekspozisiya materialların yerləşdirilməsi, audio-video yazmaların, fılmlərin və bədii əsərlərin kompozisiyalarının yaradılması, 9 ədəd böyük ekranlı kompyuterlərin və 4 ədəd ev kinoteatrın quraşdırılması işləri yerinə yetirilmiş və sair sərgi yaradılması tədbirlər aparılmışdır.

«Dayaq» Kiçik Müəssisəsi tərəfindən:

Lot 7. Muzeydə çalışan işçi personala lazım olan müasir mebellərin təchizatı.

1070 ədəd müasir tipli mebellər (işçi masası, oturacaq, divan, şkaf, jurnal masası, kartoteka, stellaj), əşya saxlamaq üçün müxtəlif karton qutular, 69 ədəd özündə rütubəti saxlayan və 6 ədəd rütubəti buraxan cihazlar, taxta qəliblər, 496 m2 həcmində müxtəlif pəncərə pərdələri, 3 ədəd iki kameralı soyuducu və s. mebel və inventarlar təchiz olunaraq, quraşdırılmışdır.

Lot 8. Müxtəlif aksessuarların alınması və quraşdırılması.

40 ədəd kompyuter dəsti, 45 ədəd termoqiqrometr, 134 növ ofıs və müxtəlif elektrotexniki avadanlıqlar, ofıs, muzey və dəftərxana ləvazimatları, laboratoriya və muzey fondları üçün avadanlıq və inventar, bufet-kafe üçün avadanlıqlar alınııb quraşdırılmışdır, 1 ədəd 16 yerlik mikroavtobus təchiz olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında Tarix Muzeyinin II mərtəbəsində yerləşən memorial hissəsində döşənilmək üçün 231 m2 ipək xalçalar alınmışdır.

Lot 9. Muzeyin arxeologiya fondu üçün mebellərin təchizatı.

Arxeologiya fondu üçün 76 ədəd xüsusi mebel əşyaları, o cümlədən, diyirsəkli oturacaqlar, bərk ağacdan istehsal olunan şüşə qapılı rəfli şkaflar və tumbalar təchiz olunub yerində quraşdırılmışdır.

Layihənin ciddiyətliyini və unikallığını nəzərə alaraq, tenderlərin tam şəffaf, səmərəli və təmkinli rəqabət zəminində keçirilməsi üçün Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab A.Şərifovun tapşırığı əsasmda Bərpa Agentliyinin direktoru cənab Ə.Məmmədovun хüsusi sərəncamı ilə Tender Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası «Dövlət Satınalınmaları Haqqında» Qanununun şərtlərini əsas tutaraq Tender Komissiyasının tərkibinə Maliyyə nazirliyinin, Mədəniyyat və Turizm nazirliyinin, İqtisadi İnkişaf nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Layihə institutularının, Azərbaycan Tarix Muzeyinin və Bərpa Agentliyinin səlahiyyətli nümayəndələri daxil edilmişlər.

Azərbaycan Tarixi Muzeyində yenidənqurma-restavrasiya işləri əsasən 2005-ci ilin Aprel ayından başlayaraq 2008-ci ildə bаşа çаtdırılmışdır.   Yеnidənqurmа, təmir, rеstаvrаsiyа və təchizаt işləri tеndеr sənədlərinə və Аzərbаycаn Rеspublikаsının qüvvədə оlаn Tikinti Nоrmаlаrınа və Qаydаlаrınа uyhun yеrinə yеtirilmişdir.

Ölçüləri  86,26х42,28 m2, 3 mərtəbəli və ümumi sаhəsi 8503 m2 оlаn Azərbaycan Tarixi Muzeyində nəzərdə tutulmuş bütün işlərin хərcləri 16 milyоn mаnаt məbləhində təşkil еtmişdir.

 

Faydalı keçidlər