Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
Strateji Araşdırmalar Mərkəzi

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi binasını

yenidənqurulması

Bakı şəhəri, Mirzə İbrahimov küçəsi 8 ünvanda yerləşən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin binası XX əsrin əvvəlində fərdi yaşayış binası kimi tikilmişdir və uzun müddət təmir edilmədiyi üçün yararsız hala düşmüşdür. 2005-ci ilə kimi bu memarlıq abidəsi sayılan binada Asəf Zeynallı adına Musiqi Məktəbi yerləşmişdir. 3 mərtəbəli və ölçüləri 26,0x24.6 m olan binanın yenidənqurma işləri başa çatdırıldıqdan sonra onun yeni yaradılmış Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinə verilməsi Hökumət tərəfindən qərara alınmışdır.

Obyektin layihə-smeta işləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin «Azərinşaatlayihə» İnstitutu tərəfindən hazırlanmışdır.

Strateji Araşdırmalar Mərkəzi binasını müasir tələblərə çatdırmaq məqsədilə Azərbaycan Hökuməti 2008-ci ilin dövlət planında bu obyektin yenidən qurulması üçün büdcədən vəsait ayırmışdır. Yenidənqurma, o cümlədən bərpa-gücləndirmə, təmir, mebel və xüsusi avadanlıqların təchizatı işləri 2008-ci ilin aprel ayında başlanaraq, həmin ilin dekabr ayında başa çatdırılmışdır.

Strateji Araşdırmalar Mərkəzi binasının yenidənqurma işləri çərçivəsində aşağıda göstərilən əsas işlər həyata  keçirilmişdir:

Yenidənqurma məqsədilə binada bünövrə və yükdaşıyan divarlar istisna olmaqla, yararsız konstruksiyalar tamamilə sökülmüş, divarlar armatur torlar vasitəsilə, qapı və pəncərə boşluqları metal elementlərlə gücləndirilmişdir;

Dam örtüyü metal ikitavr üzərində dəmir-betonla örtülmüşdür. Mərtəbələrarası ağac konstruksiyalarda çürülmüş tirlər və taxta döşəmə sökülmüş və təzə materiallardan istifadə etməklə tam bərpa olunmuşdur;

«Alçipan» tipli arakəsmələr vasitəsilə binada yeni iş otaqları və dəhlizlər yaradılmışdır. 261 m2 sahəsi olan mansarda yenidən tikilmişdir və mansardın çardağı metal kiramitlə örtülmüş, tavan və divarlarda istilik izolyasiya qatı yaradılmaqla maqnezit lövhələri ilə üzlənmişdir;

Iş otaqlarınm, mansardın və dəhlizlərin döşəməsinə yüksək keyfıyyətli parket, II mərtəbədə müşavirə otağının və iş otaqlarının döşəməsinə mozaika tipli parket, sanitar qovşaqlarının döşəməsinə metlax, zirzəmidə yaradılmış yeməkxananın zalı, köməçi otaqları və dəhlizinə süni qranit tavalar vurulmuşdur.

Bina otaqların, vestibülün və dəhlizlərin tavanları şəbəkə stilli gips ornamentləri ilə bəzədilmişdir. Uzun müddət Musigi Məktəbində çalışmış görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovun iş otaqı restavraiya və təmir olunmuşdur.

Binanın əhəng daşı ilə üzlənmiş baş fasadı yenidən tam bərpa olunmuş, yan fasad və daxili həyat divarları «Aqlay» tipli təbəqələrlə yenidən üzlənmiş, yonularaq təmizlənmiş və yuyulmuşdur. Binanın daxili fasadına dekorativ rəng vurulmuşdur.

Binanın qapı, pəncərə və vitrajları yüksək keyfıyyətli ağac materialmdan hazırlanmışdır. Qarajın, daxili həyətin döşəməsi və binanın səkisi qranit tavalarla üzlənmişdir. Mirzə İbrahimov küçəsinin binanın qarşısındakı hissəsinə asfaltbeton örtük döşənmişdir.

Mərkəzə 63 növ müasir tipli mebel, inventar , kompyuter və ofıs avadanlıqları, mətbəx mebeli və cihazları təchiz olunub və quraşdırılmışdır. Bütün mebellərin örtükləri «laminat melamin», «MDF» və təbii dəri materiallardan hazırlanmışdır.

Mərkəzdə 61 ədəd xarici, döşəmə və divar tipli kondisionerlər , 51 ədəd idarəetmə cihazları alınıb quraşdırılmışdır. Ventilyasiya, elektrik enerjisi və daxili işıqlandırma, rabitə, yanğın siqnalizasiyası, su və kanalizasiya, istilik, kompyuter və televiziya, memarlıq işıqlandırma sistemləri yaradılmışdır.

Bir ədəd 800 kq gücünə malik olan sərnişin lifti quraşdırılmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi binasının yenidənqurma işləri əsasən aşağıda göstərilən podratçı təşkilatları tərəfındən aparılmışdır:

 


İşlərin və tədbirlərin  adı

Podratçı təşkilatlar

1

Əsas müqavilə üzrə nəzərdə tutulmuş gücləndirmə, yenidənqurma və təmir işləri

«Azəraqrartikinti» ASC

2

Müasir tipli mebel, ofıs avadanlıqlarınm və mətbəx üçün mebel və cihazların təchizatı və quraşdırılması

«Azərbaycan-R» Xüsui İstehsalat Kommersiya Firması

3

Kondisionerləşdirmə və ventilyasiya sistemlərinin yaradılması

«Azkond» MMM

4

Liftin alınıb quraşdırılması

«OTIS LIFT» QSC

 

Strateji Araşdırmalar Mərkəzi binasının yenidənqurulması üzrə nəzərdə tutulmuş bütün işlər müasir və beynəlxalq standartlara uyğun yüksək keyfıyyətlə başa çatdırılmışdır. Mərkəzdə həyata keçirilmiş işlərin ümumi qiyməti 4000,0 min manat məbləğində təşkil etmişdir.

Faydalı keçidlər