Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
İZOTOP mərkəzi

Bakı Radioaktiv tullantılarının saxlanması və emal edilməsi Mərkəzi (İzotop)

Bakı radioaktiv tullantıların basdırılması Mərkəzi Bakı-Şamaxı avtomobil yolunun 31-ci km-də Piriküşgül qəsəbəsinin yanında 1980-cı illərdə tikilmişdir və keçmiş sovet dövründəki standartlara uyğun fəaliyyət göstərirdi. Həmin Mərkəzin müasir və beynəlxalq ekoloji tələblərinə cavab verməsi üçün Azərbaycan Hökuməti və Avropa Komissiyası obyektin tam yenidənqurulması üçün bu işlərin Avropa Komissiyasının Azərbaycana Fövqəladə Yardım Proqramı üzrə ayrılmış qrantların və ölkənin payı hesabına həyata keçirilməsini məqsədəuyğun hesab etmişlər.

Bakı Radioaktiv tullantıların saxlanması və emal edilməsi Mərkəzinin gələcəkdə fəaliyyəti bərk və maye halında olan radioaktiv tullantıların, həmçinin aşağı və orta aktivli radioaktiv mənbələrin saxlanması üçün nəzərdə tutulmuşdur. Buna görə «İzotop» müəssisəsinin ərazisində laboratoriya və inzibati binalar, su rezervuarları, emalatxana və elektrik yarımstansiyaları, hasar və yollar artıq inşa olunmuşdur. Yeni Layihənin əsas məqsədi - qəbul, emal, basdırma və maye halında olan radioaktiv tullantıların saxlanması blok və korpusların tikintisi və tələb olunan bütün kommunal şəbəkələrinin (su, elektrik, HQVK (havanın qızdırılması, ventilyasiyası və kondisionerləşdirilməsi) və xüsusi avadanlıqların təchizatından, quraşdırılmasından və sınaqdan keçirilməsindən ibarət idi. Ən vacib olan - emal bloku daxilində icra olunmuş işlər 3 əsas mərhələyə bölünmüşdür:

-   bərk halda olan radioaktiv tullantılarının və mənbələrinin qəbulu;

-   radioaktiv tullantılarının çeşidlənməsi və emalı (kəsməsi, kipləşdirməsi, sıxlaşdırılması və sementlənməsi);

-   emal olunmuş radioaktiv tullantılarının və mənbələrin saxlanması.

Obyektin tikinti və yenidənqurma işləri bir necə mərhələyə bölünərək, 2001-ci ildə başlanmışdır və 2006-ci ildə başa çatdırılараq icra üçün təhvil verilmişdir.

Konseptual layihənin hazırlanması və texniki məsləhət Fransanın SGN şirkəti tərəfindən təmin edilmiş, işçi layihənin hazırlanması isə Türkiyənin TCT şirkəti tərəfindən aparılmışdır.

Bakı Radioaktiv tullantıların saxlanması və emal edilməsi Mərkəzi üzrə nəzərdə tutulmuş bütün işlər yüksək və beynəlxalq standartlara uyğun keyfiyyətlə 2006-cı ilin sonunda başa çatdırılaraq Avropa Komissiyası və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

Faydalı keçidlər