Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
AĞSTAFA rayonu

Podratçı təşkilatlar:

“Ay konsaltinq Ltd” MMC və ART Environmental Technologies Ltd;

"Akkord Sənaye Tikinti" İnvestisiya Korporasiyası” ASC. 

Mühəndis-axtarış işlərinin işçi layihələndirmə səviyyəsində dəqiqləşdirilməsi və işçi layihələrin işlənməsi “Dövlətbaşekspertiza”dan müsbət rəy alınaraq təsdiq olunmuşdur. Layihə əhalinin 2031-ci ilə olan artım proqnozunu nəzərə alaraq işlənmişdir.Ağstafa şəhərində işlərə 2010-cu ilin dekabr ayında start verilmişdir.

Ağstafa rayonunda təsdiq olunmuş layihəyə görə su təchizatı sisteminin yenidən qurulması layihəsi Ağstafa şəhərini, Xətai, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərini əhatə edir.

Layihənin tələblərinə əsasən 2031-ci ilə olan artım proqnozunu nəzərə almaqla, 14700 nəf. Agstafa şəhər əhalisi 36,87 lt/s və 13321 nəf. kənd əhalisi 20,55 lt/s, o cümlədən, Xətai kəndi-11,38lt/s, Aşağı Kəsəmən -5,25lt/svə Aşağı Göycəli kəndi -3,92 lt/s  (cəmi kəndlərlə birgə 57,42 lt/s) su ilə fasiləsiz tam təmin edilir.

Hazırda tikintisi başa çatdırılmış su mənbəsinin potensialı 120 lt/s təşkil edir. Bu potensial 60 min insanın suya olan tələbatını tam ödəyir ki, bu da əlavə yaşayış məntəqələrinin bu sistemə qoşulmasına imkan yaradır.

Laboratoriya araşdırmaları içməli suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq etmişdir.

 Ağstafa şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri 3 mərhələdə aparılmışdır:

I mərhələdə içməli su mənbəyi, magistral boru xətti, su anbarları, xlor vurma təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdirilmışdır. Аğstаfа şəhərinin sаbit su mənbəyi оlаrаq dəmir yоlu bоyuncа Həsənsu və Vurğun kəndləri zоnаsındа yеrаltı sulаrı qəbul еdilmişdir. Həmin zоnаdа 6 ədəd subаrtеziаn quyusu qаzılmışdır. Subartezian quyularından  su anbarlarına qədər 2786 m uzunluqda, o cümlədən, 969 m uzunluqda D=160 mm, 330 m uzunluqda D=225 mm, 347 m uzunluqda D=280 mm,  1140 m uzunluqda D=315 mm polietilen borulardan xətt çəkilmişdir. Hər bir subаrtеziаn quyusu mеydаnçаsındа mеtаl еlеmеntlərdən pаvilyоn düzəldilmiş, mеtаl tоrdаn hаsаr, trаnsfоrmаtоr və digər еlеktrik аvаdаnlıqlаrı qurаşdırılmışdır.Su qəbuledici qurğular meydançasından şəhər şəbəkəsinə qədər 2000 m qоşа хətlə (cəmi 4000 m) D=315 mm polietilen borulardan mаgistrаl su kəməri çəkilmişdir. Həmin хəttlərlə su nаsоslаr vаsitəsilə şəhər şəbəkəsinə vеrilir.

Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, nasos stansiyası, suya xlor vurma və laboratoriya binaları tikilmiş,  1 ədəd həcmi 1000 m3 mövcud su anbarı təmir edilmiş  və 1 ədəd həcmi 1500 m3 olan yeni su anbarı tikilmişdir.

II mərhələdə şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, Yerli “Sukanal” İdarəsi üçün İnzibati bina və İstehsalat Bazası tikilmişdir.

Bu mərhələdə içməli su şəbəkəsində müxtəlif diametrli (PE100, PN10 D=32-280 mm) 154,273 km uzunluqda, o cümlədən, şəhər su xətlərində 85,136 km, abonent qoşulmalarında isə 69,137 km boru xətti çəkilmiş, şəbəkədə 3 ədəd su buraxıcılar, 187 ədəd siyirtmələr,175 yerüstü və 87 yeraltı yanğın hidrantları quraşdırılmışdır. Şəhərdə bütün abonentlər smart  tipli su sayqacları ilə(4445 ədəd) təmin edilmişdir.Şəhər kanalizasiya xəttində qofra tipli (D=150-400mm) borulardan 139,838 km uzunluqda, o cümlədən, kanalizasiya kollektoru 11,421 km, şəhərdaxili kanalizasiya xətlərində 69,913 kmuzunluğunda boru xətləri və 1888 quyu, abonent qoşulmalarında isə 58,504 km uzunluğunda kanalizasiya boru xətləri çəkilmiş və 2808 abonent quyusu quraşdırılmışdır.

III mərhələdə çirkab su təmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri yerinə yetirilmişdir.

Kanalizasiya şəbəkələri sisteminin potensialı Ağstafa şəhərini və Xətai qəsəbəsini əhatə edir. Pik məhsuldarlığı 6500 m³/gün olan çirkab su təmizləmə stansiyasına əlavə yaşayış məntəqələrinin də qoşulması mümkün olacaqdır.Suyun təmizlənmə texnologiyası beynəlxalq normativlərə uyğun olaraq dünyada qəbul olunmuş azot, fosfor və karbondan tam biokimyəvi təmizləmə üsulu qəbul edilmişdir.Təmizlənmiş sular son mərhələdə ultrabənövşəyi şualandırma ilə zərərsizləşdirilir. Əmələ gələn lil isə mexaniki üsulla susuzlaşdırılaraq əhənglə emal edilərək stabilləşdirilir və sahədən kənarlaşdırılır. 

 

 

Faydalı keçidlər