Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
GORANBOY rayonu

Podratçı təşkilatlar:

“Gidrotransproyekt” - “Çevtek” AŞ.   Azərbaycan - Türkiyə Konsorsiumu

"Azəraqrartikinti" ASC

Mühəndis-axtarış işlərinin işçi layihələndirmə səviyyəsində dəqiqləşdirilməsi və işçi layihələrin işlənməsi “Dövlətbaşekspertiza”dan müsbət rəy alınaraq təsdiq olunmuşdur. Layihə əhalinin 2031-ci ilə olan artım proqnozunu nəzərə alaraq işlənmişdir.

       Su təchizatı sisteminin yenidənqurulması layihəsinin potensialı Goranboy şəhərini, Naftalan şəhərini, Naftalan sanatoriyasını, Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Yenikənd, Qaraçinar, Meşəli, Şəfəq, Zeyvə, Qarqucaq, Hacıllı, Şəfibəyli, Səfikürd, Qarasüleymanlı, Şəmmədli, Abbasqullar, İrəvanlı,  Cinli Boluslu və Tap Qaraqoyunlu kəndlərini əhatə edir.

      Layihənin tələblərinə əsasən 2031-ci ilə olan artım proqnozunu nəzərə almaqla 12848 nəf. Goranboy şəhər əhalisi 32,08 lt/s, 12371 nəf. Naftalan şəhər (sanatoriya və kəndlərlə ilə birgə) əhalisi  40,45 lt/s, 9844 nəf. Goranboy rayon kənd əhalisi 41,55 lt/s, o cümlədən,   Yuxarı Ağcakənd-0,32 lt/s, Aşağı Ağcakənd-4,80 lt/s, Yenikənd-1,35 lt/s, Qaraçinar-4,14 lt/s, Meşəli-1,14 lt/s, Şəfəq-1,56 lt/s, Zeyvə-3,97 lt/s, Qarqucaq-1,45 lt/s, Hacıllı-0,84 lt/s, Şəfibəyli-0,84 lt/s, Səfikürd-8,88 lt/s, Qarasüleymanlı-2,69 lt/s, Şəmmədli-1,56 lt/s, Abbasqullar-1,14 lt/s, İrəvanlı-0,53 lt/s, Cinli Boluslu-1,25 lt/s və Tap Qaraqoyunlu-5,09 lt/s su ilə fasiləsiz tam təmin olunur (cəmi 114,08 lt/s).

       Hazırda Goranboy şəhərinə və rayonun magistral xətt ətrafı şəhər və kəndlərinə layihədə nəzərə alınan miqdarda içməli su verilir. Tikintisi başa çatdırılmış su mənbəyinin potensialı isə 200 lt/s-dən çoxdur. Bu isə 80 min insanın, daha doğrusu, 2050-ci ildə  Goranboy rayonu ərazisində yerləşən bütün yaşayış məntəqələrinin əhalisinin içməli su ilə tam təmin olunması deməkdir.

       Laboratoriya araşdırmaları suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq edib və su ən yüksək keyfiyyətli bulaq suyu hesab edilir.

      Goranboy şəhərinin su təchizatının yenidənqurulması və kanalizasiya sisteminin yaradılması işləri 3 mərhələdə aparılmışdır:

       I mərhələdə hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən su mənbəyi olaraq Murov dağının ətəyində Balliqaya kəndi ərazisində Qaraçayın üzərində çay axınlarının dib gətirmələrindən təmizlənməklə qəbulunu, asta filtr rejimində təmizlənməsini və magistral kəmərə verilməsini təmin edən individual konstruksiya və kamponovka həlli olan baş sugötürən qurğular kompleksi tikilmişdir.

       Baş sugötürən qurğular kompleksi sahəsi 7720 m² və dərinliyi 5,05 m olan, cəmi uzunluğu 1695 m, D=355 mm, 13 ədəd perforasiya olunmuş və sonda sərfi idarə oluna bilən drenaj borularından ibarət infiltrasiya hovuzu sahəsindən, su qəbuledici başlıq, iki ədəd səviyyə tənzimləyici və yuyucu şlüzdən, suaşıran bənd, istinad divarları və suqəbuledici qalareyadan ibarətdir. Drenaj qurğusunda 39351,1 kub metr həcmində xüsusi ələklərdən keçirilmiş müxtəlif fraksiyalı çınqıl-qum filtr materialı, o cümlədən, 30087 kub metr çınqıl, 9264 kub metr qum istifadə edilmişdir.

       Ərаzidə dаimi nəzаrət еdən pеrsоnаl üçün kеçid məntəqəsi, transformator y/stansiyası quraşdırılmış, xarici enerji təchizatı ilə təmin olunmuş və mühafizə zonası yaradılmışdır. Bu hidrotexniki qurğu daşqın vaxtı saniyədə 50 m³ suyun aşağı biyefə ötürülməsini təmin edir.

    Mаgistrаl su kəmərinin ümumi uzunluğu 36356 m-dir və yеrаltı хəndəkdə qurаşdırılmışdır. Su kəmərinin 7388 m hissəsi D=355 mm-12,5 atm,  20247 m hissəsi D=400 mm-12,5 atm, 3281 m hissəsi D=400 mm-10 atm, 3852 m hissəsi D=500 mm-10 atm və 1588 m hissəsi D=500 mm-12,5 atm polietilen borulardan çəkilmişdir. Magistral su xətti boyunca 11 ədəd müxtəlif tutumlu (8 ədəd-hər biri 80 m³, 1 ədəd-15 m³, 1 ədəd-20 m³ və  1 ədəd-60m³) dəmir-beton təzyiqsöndürən hovuzlar, 9 ədəd yan ötürücü siyirtmə kameraları, 10 ədəd su tullayıcılar və 10 ədəd vantuz kameraları və s. qurğular tikilmişdir.

        II mərhələdə şəhərin su anbarları sahəsi yaradılmış və 3 ədəd hər birinin həcmi 1000 m³ olan (cəmi 3 ədəd - 3000 m) su anbarları və suya xlor vurma binası tikilmişdir. Bundan başqa şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, Yerli “Sukanal” İdarəsi üçün İnzibati bina və İstehsalat Bazası tikilmişdir.

Gоrаnbоy şəhərində içməli su şəbəkəsində müxtəlif diametrli (PE100, PN10 D=32-355 mm) 118441  m uzunluqda, o cümlədən, su аnbаrlаrındаn şəhərə qədər su bоrulаrı 8612 m, şəhər maqistral su xətlərində 77893  m, abonent qoşulmalarında isə  31936 m boru xətti çəkilmiş, şəbəkədə 307 ədəd siyirtmə, 21 yerüstü və 252 yeraltı yanğın hidrantları quraşdırılmışdır. Şəhərdə bütün abonentlər 3012 ədəd "smаrt-kаrt" tipli sаyğаclаrlа təmin оlunmuşdur. 

         Şəhərdахili kаnаlizаsiyа şəbəkəsiində qofra tipli (D=150-400 mm) borulardan 90120  m uzunluqda, o cümlədən, şəhər kanalizasiya xətlərində 65515 km uzunluğunda, kanalizasiya kоllеktоr xəttində 941 m boru xətləri və 1588 quyu, abonent qoşulmalarında isə 23664 m uzunluğunda kanalizasiya boru xətləri çəkilmiş və 2750 abonent quyusu quraşdırılmışdır.

       III mərhələdə pik məhsuldarlığı 5000 m³/gün olan çirkab su təmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri başa çatdırılmışdır. Suyun təmizlənmə texnologiyası beynəlxalq normativlərə uyğun olaraq dünyada qəbul olunmuş azot, fosfor və karbondan tam biokimyəvi təmizləmə üsulu qəbul edilmişdir.Təmizlənmiş sular son mərhələdə ultrabənövşəyi şualandırma ilə zərərsizləşdirilir. Əmələ gələn lil isə mexaniki üsulla susuzlaşdırılır, əhənglə emal edilərək stabilləşdirilir və sahədən kənarlaşdırılır.  Kanalizasiya sisteminin potensialı Göygöl şəhərini əhatə edir.

 

Faydalı keçidlər