Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
GÖYGÖL rayonu

Podratçı təşkilatlar:

“Gidrotransproyekt” - “Çevtek” AŞ.   Azərbaycan - Türkiyə Konsorsiumu

"Azəraqrartikinti" ASC

Mühəndis-axtarış işlərinin işçi-layihələndirmə səviyyəsində dəqiqləşdirilməsi və işçi layihələrin işlənməsi “Dövlətbaşekspertiza”dan müsbət rəy alınaraq təsdiq olunmuşdur. Layihə əhalinin 2031-ci ilə olan artım proqnozunu nəzərə alaraq işlənmişdir.

       Su təchizatı sisteminin yenidənqurulması layihəsinin potensialı Göygöl şəhərini, Toğana, Çaykənd, Yeni Zod, Göyçəkənd, Mixaylovka, Hacıkənd, Aşıqlı kəndlərini əhatə edir.

       Layihənin tələblərinə əsasən 2031-ci ilə olan artım proqnozunu nəzərə almaqla 23603 nəf. Göygöl şəhər əhalisi 64,35 lt/s və 10356 nəf. kənd əhalisi 20,44 lt/s, o cümlədən, Toğana kəndi-2,48 lt/s, Çaykənd -4,68 lt/s, Yeni Zod kəndi-2,48 lt/s, Göyçəkənd -1,44 lt/s, Mixaylovka kəndi-0,31 lt/s, Hacıkənd-6,16 lt/s, Aşıqlı kəndi-2,89 lt/s (cəmi 84,79 lt/s) su ilə fasiləsiz tam təmin olunur.

       Hazırda Göygöl şəhərinə və rayonun magistral xətt ətrafı kəndlərinə layihədə nəzərə alınan miqdarda içməli su verilir. Tikintisi başa çatdırılmış su mənbəyinin potensialı isə 200 lt/s-dən çoxdur. Bu isə 80 min insanın, daha doğrusu, 2050-ci ildə  Göygöl rayonu ərazisində yerləşən bütün yaşayış məntəqələrinin əhalisinin içməli su ilə tam təmin olunması deməkdir.

       Laboratoriya araşdırmaları suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq edib və su ən yüksək keyfiyyətli bulaq suyu hesab edilir.

      Göygöl şəhərinin su təchizatının yenidənqurulması və kanalizasiya sisteminin yaradılması işləri 3 mərhələdə aparılmışdır:

       I mərhələdə Kürəkçay su mənbəyinin və əsas nəqledici magistral içməli su xəttinin tikintisi başa çatdırılmışdır. Bu mərhələdə hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən su mənbəyi olaraq Murov dağının ətəyində Kürəkçay üzərində çay axınlarının dib gətirmələrindən təmizlənməklə qəbulunu, asta filtr rejimində təmizlənməsini və magistral kəmərə verilməsini təmin edən individual konstruksiya və kamponovka həlli olan baş sugötürən qurğular kompleksi tikilmişdir.

       Baş sugötürən qurğular kompleksi sahəsi 7809 m² və dərinliyi 5 m olan, cəmi uzunluğu 1700 m, D=355 mm 14 ədəd perforasiya olunmuş və sərfi idarə oluna bilən drenaj borularından ibarət infiltrasiya hövuzu sahəsindən, su qəbuledici başlıq, iki ədəd səviyyə tənzimləyici və yuyucu şlüzdən, suaşıran bənd, istinad divarları və suqəbuledici qalareyadan ibarətdir. Drenaj qurğusunda 41469 kub metr həcmində xüsusi ələklərdən keçirilmiş müxtəlif fraksiyalı çınqıl-qum filtr materialı, o cümlədən, 32469 kub metr çınqıl, 9000 kub metr qum istifadə edilmişdir. Keçid məntəqəsi, transformator y/stansiyası quraşdırılmış, xarici enerji təchizatı ilə təmin olunmuş və sanitar-mühafizə zonası yaradılmışdır. Bu hidrotexniki qurğu daşqın vaxtı saniyədə 50 m³ suyun aşağı biyefə ötürülməsini təmin edir.

       Maqistral su kəmərinin ümumi uzunluğu 24962,8 m-dir və yeraltı xəndəkdə quraşdırılmışdır. Su kəmərinin 5854 m hissəsi D=355 mm - 12,5 atm; 9678 m hissəsi D=400 mm -12,5 atm; 3200 m hissəsi D=400 mm- 10 atm; 5667,6 m hissəsi D=450 mm - 20 atm polietilen borulardan və 563,2 m uzunluqda hissəsi isə D=426х12 mm içi emallı metal borudan çəkilmişdir. Magistral su xətti boyunca 8 ədəd müxtəlif tutumlu (5 ədəd-hər biri 40 m³ və 3 ədəd-60 m³) dəmir-beton təzyiqsöndürən hovuzlar, 7 ədəd yan ötürücü siyirtmə kameraları, 20 ədəd dəmir-beton su tullayıcılar və 20 ədəd vantuz kameraları və s. qurğular tikilmişdir.

        II mərhələdə şəhərin 3 zonasında su anbarları sahəsi yaradılmış və hər sahədə 2 ədəd hər birinin həcmi 1000 m³ olan (cəmi 6 ədəd - 6000 m3 ) su anbarları və suya xlor vurma binası tikilmişdir. Bundan başqa şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, Yerli “Sukanal” İdarəsi üçün İnzibati bina və İstehsalat Bazası tikilmişdir.

      Bu mərhələdə içməli su şəbəkəsində müxtəlif diametrli (PE100, PN10, D=32-315 mm) 157,04 km uzunluqda, o cümlədən, anbarlararası xətlərdə 3,846 km, anbarlardan şəhər şəbəkəsinə  qədər xətlərdə 5,3 km, şəhərdaxili su xətlərində 101,798 km, abonent qoşulmalarında isə 46,09 km boru xətti çəkilmiş, şəbəkədə  445 ədəd siyirtmələr, 10 yerüstü və 281 yeraltı yanğın hidrantları quraşdırılmışdır. Şəhərdə bütün abonentlər smart tipli su sayqaçları (6213 ədəd) ilə təmin edilmişdir.

       Şəhər kanalizasiya xəttində qofra tipli (D=150-500 mm) borulardan 134,555 km uzunluqda, o cümlədən, kanalizasiya kollektor xəttində (D=500-600 mm) 4,47 km və 82 ədəd quyu, şəhərdaxili kanalizasiya xətlərində (D=200-400 mm) 72,804 km uzunluğunda boru xətləri və 2030 quyu, abonent qoşulmalarında isə (D=150 mm) 57,281 km uzunluğunda kanalizasiya boru xətləri çəkilmiş və 4500 abonent quyusu quraşdırılmış, 3 kanalizasiya nasos stansiyası tikilmişdir.

       III mərhələdə pik məhsuldarlığı 7600 m³/gün olan çirkab su təmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri başa çatdırılmışdır. Suyun təmizlənmə texnologiyası beynəlxalq normativlərə uyğun olaraq dünyada qəbul olunmuş azot, fosfor və karbondan tam biokimyəvi təmizləmə üsulu qəbul edilmişdir.Təmizlənmiş sular son mərhələdə ultrabənövşəyi şualandırma ilə zərərsizləşdirilir. Əmələ gələn lil isə mexaniki üsulla susuzlaşdırılır, əhənglə emal edilərək stabilləşdirilir və sahədən kənarlaşdırılır. Kanalizasiya sisteminin potensialı Göygöl şəhərini əhatə edir.

 

 

Faydalı keçidlər