Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
Vəzifə və funksiyalarımız

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq yaradılmışdır və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının  işçi orqanıdır.

Agentlik aşağıdakı vəzifə və funksiyaları həyata keçirir:

-       - Illik bərpa və yenidənqurma proqramlarının hazırlanması;

-      - Təsdiq edilmiş proqramın yerinə yetirilməsi üçün müvafiq dəqiqləşdirilmiş tədbirlərin həyata keçirilməsi mexanizmi və müharibə nəticəsində zərər çəkmiş yaşayış məntəqələrinə dəymiş ziyanın müəyyənləşdirilməsi, onların bərpası və yenidən qurulması haqqında təkliflərin verilməsi;

-      - Bərpa və yenidənqurma proqramının həyata keçirilməsində müvafiq vəsaitin qorunması üçün dünyanın Azərbaycana kömək göstərmək istəyən dövlətlərinin qeyri-dövlət təşkilatları və maliyyə qurumları ilə ardıcıl iş aparılmasının təmin edilməsi;

-      - Komissiyanın tapşırığı əsasında faizsiz kreditin vacibliyi və miqdarı haqqında təklif verilməsi;

-    - Bərpa və yenidənqurma proqramlarının həyata keçirilməsi üçün zəruri olan kadr hazırlığı ilə bağlı texniki yardım proqramlarının hazırlanması;

-    - Bərpası və yenidən qurulması nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikinti təşkilatının seçilməsinin yerli tender üsulu ilə müəyyən edilməsi, tikilən obyektlərə texniki nəzarətin həyata keçirilməsi, hazır obyektlərin qəbul edilməsinin təmin edilməsi;

-     - Yerli və ya xarici auditor təşkilatları tərəfindən aparılan yoxlamadan sonra Komissiya qarşısında hesabatın verilməsi;

-    - Azərbaycan Respublikası ərazisində bərpa və yenidənqurma işləri, məskunlaşma və beynəlxalq təşkilatların bu işdə rolu, xidməti və digər aidiyyatı məsələlər üzrə maraqlı tərəflərin iştirakı ilə elmi-praktiki konfransların keçirilməsinin təşkil edilməsi;

-    - Bərpa və yenidənqurma proqramının həyata keçirilməsində iştirak edən nümayəndələrin və işçilərin müvafiq iş yerlərinə və ərazilərinə azad gedişinin təşkil edilməsi;

-     - Bərpa və yenidənqurma proqramının həyata keçirilməsi üçün Azərbaycan Respublikasına daxil olan vəsaitin uçotunun aparılması;

-    - Komissiya tərəfindən bəyənilmiş və donor dövlətlər tərəfindən maliyyələşdirilən investisiya layihələrinin seçilməsi, proqramlar, layihələr və digər növ fəaliyyətlərin idarə edilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi;

-    - Müvafiq nazirliklər tərəfindən əhatə olunmayan və ya ictimaiyyətin rəyi ilə tələb olunan xüsusi vəzifələrin yerinə yetirilməsi işlərinə mühəndis və inşaatçı nəzarəti həyata keçirmək üçün qeyri-hökumət təşkilatlarından məsləhətçilərin təyin edilməsi;

-    - Əmtəə almağa, inşaat və sair işlərin həyata keçirilməsinə dair məbləği müəyyən edilmiş həddən çox olmayan, təsdiqlənməsi tələb olunan müqavilələrin bağlanması;

-    - Aidiyyatı nazirliklərdən müvafiq sənədləri aldıqdan sonra mal göndərənlərin və podrat iş görənlərin haqlarının ödənilməsinin həyata keçirilməsi;

-      - Fəaliyyətinin dövlət və qeyri-dövlət orqanları, maliyyələşdirici təşkilatlarla əlaqələndirilməsi;

-     - Proqramın həyata keçirilməsi qrafiki, habelə xərclərin proqnozu və nəzarət sistemi daxil olmaqla, proqramın ümumi təhlili, proqramda irəliləyiş barədə Komissiyaya və donorlara hesabatların təqdim edilməsi;

-    - Zərurət olduqda, məsləhətçilərin təyin edilməsi və ya müvafiq nazirliklərin və idarələrin vəzifələri çərçivəsində aşağıdakı konkret vəzifələrin icrasının təmin edilməsi:

-      - İşqaldan azad olunmuş ərazilərdə infrastrukturun inventarlaşdırılması və zərərin qiymətləndirilməsi;

-      - Baş plan və planlı tədqiqatların işlənib hazırlanması, önəmli sahələrin müəyyənləşdirilməsi, habelə mühəndis planı və müfəssəl planın hazırlanması, layihələrə nəzarət, təlim və institusional inkişaf;

-      - Dövlət hakimiyyəti və idarəçiliyinin icraçı və sərəncamçı orqanları, istehlakçılar, hüquqi və fiziki şəxslərlə müqavilələr əsasında yuxarıda sadalanan işlərin hamısının və ya ayrılıqda onların hər hansı birinin yerinə yetirilməsinin təmin edilməsi;

-      - Komissiyanın tapşırıqlarının yerinə yetirilməsi üçün başqa vəsifələrin icrası.

 

Faydalı keçidlər