Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

ARRA

Republic of Azerbaijan Agency for Rehabilitation and Reconstruction of Area
Saytın xəritəsi
Əməkdaşlar

Abdullayev Elmir Ramazan oğlu

1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1967-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. 1972-1974-cü illərdə Tbilisi Zonal Elmi-Tədqiqat və Eksperimental Layihə İnstitutunda memar ixtisaslı mühəndis vəzifəsində çalışmışdır. 1974-1979-cu illərdə Moskva Şəhərsalma Mərkəzi Elmi-Tədqiqat və Layihə İnstitutunun aspiranturasında təhsil almış və eyni zamanda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1979-cu ildə memarlıq namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1979-1980-cı illərdə “Azdövlətkəndtikinti” Layihə İnstitutunda rayon planlaşdırma şöbəsində baş mütəxəssis, baş memar və rəis müavini vəzifələrində çalışmışdır. 1980-1989-cu illərdə Azərbaycan Dövlət Tikinti Komitəsinin mülki-mənzil idarəsinin rəisi vəzifəsində çalışmışdır. Qeyd olunan müddət ərzində Azərbaycan Dövlət Universitetində rayon planlaşdırma fənni üzrə mühazirələr oxumuşdur.

1984-1994-cü illərdə Azərbaycan Dövlət Baş Layihə İnstitutunda baş mühəndis, müdir müavini, baş mütəxəssis və direktor müavini vəzifələrində çalışmışdır. Mühəndis İnşaat Universitetinin dəvəti ilə 1994-cü ildən Universitetdə müəllim vəzifəsində çalışır. 1994-1996-cı illərdə Dövlət Tikinti Komitəsinin Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1994-1997-ci illərdə Azərbaycanda BMT-nin “Habitat” proqramı uzrə Milli Əlaqələndirici vəzifəsini həyata keçirmişdir.

1997-ci il iyun ayından hal-hazıradək Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdə Planlaşdırma üzrə Menecer vəzifəsində çalışır.

 

 

 Zeynalov Adil Xəlil oğlu

1950-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. 1966-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində inşaatçı-mühəndis ixtisası üzrə təhsil almışdır. 1971-1972-ci illərdə Azərbaycan Respublikası Kənd Tikinti Nazirliyində “Azərkəndtikinti-2” Trestinin mexaniki-iqtisadi laboratoriyasında böyük mühəndis, 1972-1974-cü illərdə Özbəkistanın Nəvai şəhərində SSRİ Orta Maşınqayırma Nazirliyi sistemində iş icraçısı, 1974-1979-cu illərdə Bakı şəhərində Kənd Tikinti Nazirliyinin və “Azərbaşenerji” İdarəsinin müxtəlif inşaat bölmələrində iş icraçısı, böyük iş icraçısı, inşaat bölməsi rəisi vəzifələrində çalışmışdır. 1979-1983-cü illərdə texniki yardım proqramı çərçivəsində Qvineya-Bisau Respublikasında elektrik stansiyalarının tikintisi üzrə keçmiş SSRİ “Xaricienerjitikintiquraşdırma” Baş İdarəsi tərəfindən ezamiyyətə göndərilmişdir.

1984-1996-cı illərdə İqtisadiyyat Nazirliyinin (keçmiş Dövlət Plan Komitəsində və Dövlətiqtisadiyyatplankom-da) mənzil-kommunal şöbəsində baş mütəxəssis, şöbə rəisinin müavini, şöbə rəisi, beynəlxalq kredit və xarici investisiya idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.

1996-2010-cu illərdə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və yenidən Qurulması üzrə Agentlikdə əməliyyatlar üzrə menecer vəzifəsində çalışmışdır.

2010-cu ildən etibarən Agentlikdə satınalma işləri üzrə məsləhətçi vəzifəsində çalışır.


Əhmədov Əhməd Məcid oğlu

1959-cu ildə Göyçə Mahalının (hazırkı Ermənistan Respublikası) Basarkeçər rayonunun Yuxarı Şorca kəndində anadan olmuşdur. 1976-1981-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol inşaatı fakultəsini körpülər və tunellər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1983-1987-ci illərdə metro və tunellərin tikintisində mühəndislik fəaliyyətini davam etdirmişdir. 1988-1990-cı illərdə Azərenerji Baş İdarəsində binalar və qurğuların əsaslı təmiri üzrə inşaatçı mühəndis kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən Azərbaycan İnşaat Mühəndisləri Universitetində “Qurğuların sınağı və zəlzələyə davamlılığı” kafedrasında baş müəllim vəzifəsində çalışır, kafedranın dosentidir.

1992-ci ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat İnşaat Konstruksiyaları İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1996-cı ildə Moskva Dövlət İnşaat Universitetinin Dissertasiya Şurasında namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. İki dərs vəsaiti, bir metodik göstəriş və 32 elmi əsərin müəllifidir.

2003-2009-cu illərdə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdə texniki nəzarət qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2009-cu ildən isə Agentlikdə əməliyyatlar üzrə menecer vəzifəsində çalışır.

Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

 

 

 İbadullayev Faiq Yunis oğlu

(28.02.1955, Naxçıvan ş.) – mühəndis sistemləri sahəsində alim. Texnika elmləri doktoru (2006), prof. (2010). Azərb. Mühəndislik Akademiyasının müxbir üzvü (2009).

Azərbycan İnşaat Mühəndisləri İnstitutunun sanitar texnikası fakültəsini (1977) və Moskva İnşaat Mühəndisləri İnstitutunun aspiranturasını (1984) bitirmişdir.  

1977-ci ildə ”Bakı Baş Tikinti” Birliyində gənc mütəxəssis kimi işə başlayıb. 1984-cü ildən VODGEO ÜETİ (Bakı filialı) baş elmi işçi vəzifəsində işləmiş və baş elmi işçi elmi adına layiq görülmüşdür (1988).

1998-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Bina və qurğuların istismarı və rekonstruksiyası” kafedrasında dosent (2003) və hal-hazırda professor vəzifəsində çalışır. Onun elmi rəhbərliyi altında fəlsəfə doktorları və maqistrlar hazırlanmışdır. 130-dan çox elmi əsərin, o cümlədən 14 müəlliflik şəhadətnamə və patentin, 6 dərslik və dərs vəsaitinin, 6 tədris-metodiki işin, 3 monoqrafiyanın müəllifidir.

2010-ci ildən 2014-cü ilədək Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdə bir sıra şəhərlərin  su və kanalizasiya sistemlərinin yenidənqurulmasi layihələrinin həyata keçirilməsində məsləhətçı vəzifəsində çalışmış, 2014-cü ildən hal-hazıradək isə layihə rəhbəri vəzifəsində çalışır.

 


İsmayılov Xalid Hacı-Bala oğlu

13 mart 1927-ci ildə Zaqatala şəhərində anadan olmuşdur.

1948-ci ildə Azərbaycan Sənaye İnstitutunun energetika fakultəsini bitirmişdir, ixtisasca energetikdir.

1948-1964-cü illərdə “Azərenerji”-nin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1964-1969-cu illərdə “Qafqazenerjitikinti” Trestinin müdir müavini vəzifəsində çalışmışdır. 1969-1971-ci illərdə “Qafqazenerjiquraşdırma” Trestinin müdiri vəzifəsində çalışmışdır. 1971-1987-ci illərdə “Azərenerji” İB-nin baş mühəndisi vəzifəsində çalışmışdır. 1987-ci ildə təqaüdə çıxmışdır. 2002-ci ilədək “Azərenerji” İB-də çalışmışdır.

2002-ci ildən Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdə məsləhətçi vəzifəsində çalışır.

1988-ci ildə Azərbaycan Respublikası Dövlət mükafatı ilə təltif edilmişdir.

Faydalı keçidlər